Ermənistan Rusiyaya arxa çevirir

20.01.2016 23:29

Ermənistan Rusiyaya arxa çevirir"Ermənistanın bir nömrəli strateji müttəfiqi Rusiya deyil". 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu sözləri erməni iqtisadçı Artak Manukyan "İran üzərindən beynəlxalq sanksiyaların götülməsinin Cənubi Qafqaza iqtisadi və siyasi təsirinə" həsr edilən müzakirələrdə deyib. 

Manukyan bildirib ki, Ermənistanın bir nömrəli strateji müttəfiqi İrandır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişənin mövcudluğu şəraitində İran real status-kvonun saxlanılmasında maraqlı dövlətlərdən biridir. "İranın məqsədi Azərbaycana niyətlərini həyata keçirməsinə imkan verməməkdir", - deyə Manukyan bildirib. 

İqtisadçı həmçinin İranın neft bazarına daxil olması ilə bağlı məsələyə münasibət bildirib. "Neft qiymətlərinin endiyi bir vaxtda bu sferada oyunçular və investisiyalar azalır. İran isə neft bazarına çox əlverişsiz şəraitdə daxil olur. Çox ehtimal ki, bu Rusiya, ABŞ və Avropa Birliyinin münaqişəsinin nəticəsidir. Yəqin ki, İranın neft bazarına daxil olması Rusiya iqtisadiyyatına əlavə təzyiqlər yaradacaq", - deyən Manukyan əlavə edib ki, bəzi istiqamətlərdə İran və Rusiya bilavasitə bir-biri ilə rəqabət aparır.

İran və Ermənistan arasında münasibətlər çox yüksək səviyyədə inkişaf edir. Bir necə il əvvəl "WikiLeaks" saytının yayımladığı diplomatı sənədlərdə İran və Ermənistan münasibətlərinin göründüyündən daha dərin köklərə malik olduğu qeyd edilirdi. 

Ermənistan prezidenti Serj Sarkisyan əmindir ki, İran Avropaya təbii qaz ixrac etmək məqsədilə Şimal-Cənub enerji dəhlizini (İran-Ermənistan-Gürcüstan) çəkmək arzusundadır. Onun fikrincə, İran sözügedən enerji dəhlizinin perspektivini "ən yüksək prioritet" kimi görür və İranın bölgə ilə bağlı səylərinə bütövlükdə bu prizmadan yanaşılmalıdır. 

Hazırda İran üzərindən sanksiyaların gütürülməsi Ermənistana regionda enerji və nəqliyyat layihələrində iştirak etməyə imkan verir. Amma Azərbaycanın Çinlə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməsi Ermənistanı narahat etməyə başlayıb.

Elə bu səbəbdən də Sarkisyan hökuməti İran-Ermənistan dəmir yolunun çəkilməsini gündəmə gətirmişdi. Həmçinin Gürüstanın İranla qaz danışıqlarına başlaması Ermənistanın enerji layihələrində iştirak şansını artırırdı.

Hətta həmin vaxt İran-Emənistan-Gürcüstan qaz boru xəttinin çəkilməsi gündəmə gəlmişdi. Bu xətt vasitəsi ilə İran qazı hətta Avropaya ötürülə bilərdi. Amma danışıqların qızğın davam etdiyi bir vaxtda Ermənistan hakimiyəti qaz kəmərinin çəkilişi ilə bağlı heç bir açıqlama vermirdi. SOCAR rəhbərliyi Gürcüstana səfər etdikdən sonra Ermənistanın Energetika və Təbii resuslar naziri Yervand Zaxaryan açıqlama verdi ki, İran-Ermənistan-Gürcüstan qaz kəmərinin çəkilişi gündəmdə deyil.

Yəqin ki, Ermənistan İran qazının Gürcüstana ixracına qarşı çıxan Rusiyanın təzyiqi ilə susurdu. Çünki bununla Rusiya Gürcüstan bazarını itirə bilərdi. Gürcüstanın "Qazprom"la əməkdaşlığı tam təsdiqini tapdıqdan sonra Ermənistan hökuməti açıqlama verdi.

Baş verənlərdən aydın olur ki, Ermənistanın İranla əməkdaşlığına onun ən böyük müttəfiqlərindən biri Rusiya da isti münasibət göstərmir. Amma yəqin ki, Rusiya istəməsə belə onun gizli rəqibi olan İranla Ermənistan münasibətləri inkişaf edəcək.

Çünki iqtisadi cəhətdən zəyif olan Ermənistan İran üçün əsl gəlir mənbəyi və Avropaya yüklərin daşınmasında ucuz nəqliyyat dəhlizi olar. Amma Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi müddətə qədər Ermənistanın regional layihədə tam şəkildə iştirakı qeyri-mümkün görünür.

Ölkə.Az

Назад

Koнтакт

Голос Азербайджана (Azerbaycanin sesi)
Amerika -Vashinqton,Америка -Вашингтон

Новости

  • 06.01.2016 14:39

    Переговоры, уговоры.

    Поздно вечером 21 января по городу пронесся слух: экстремисты якобы объявили, что, если армия не уберется из Баку, утром 22-го начнут вырезать русскоязычное население. Это привело к тому что началась эвакуация русскоязычного населения, в первую очередь семей военнослужащих. 21-22...

  • 06.01.2016 14:35

    Провокация на море.

    После вывода судов флотилии на рейд, днем 20 января, был сформирован конвой для  эвакуации беженцев  в Махачкалу на вспомогательных судах флотилии.  Националисты  не могли этого не заметить, тем более что ими 20 января из военно-морского штаба была получена...

  • 06.01.2016 14:31

    Блокирование Бакинской бухты.

    Как упоминалось ранее вечером 19 января для заграждения фарватеров около 50 судов (по другим данным до 100 судов Каспморнефтефлота сосредоточились в Бакинской бухте. Тем самым были грубо нарушены международные правила мореплавания, вследствие чего создалась угроза судоходству в бухте...

  • 06.01.2016 14:25

    Ввод войск для прекращения беспредела НФАз.

    Армия была готова дать отпор бандитам, но так как это были не ее функции, а милиции, которая бездействовала, она ждала приказа от Верховного Главнокомандования и готовилась. По приказу Министра обороны СССР для усиления 295 мотострелковой дивизии, а она была по тому времени «сокращенной», воздухом...

  • 06.01.2016 14:20

    Кровавый январь.

                                                      

  • 06.01.2016 14:08

    Моряки Краснознаменной Каспийской военной флотилии во время январских событий 1990 г. в Баку.

    Если вы захотите узнать о трагедии произошедшей в Баку в январе 1990 г., то скорей всего это будет азербайджанская версия о «кровавом советском вторжении» особенно раздуваемая в последнее время с целью обвинить Россию в геноциде. Однако их рассказы как правило имеют отправной точкой 20...

  • 06.01.2016 00:15

    Oğruların dostu, milislərin düşməni, ulduzu oğurlanmış QƏHRƏMAN (FOTO-VİDEO)(2-ci hisse)

    Rəisləri, prokurorları şillələyən qəhrəmanİsrafilin Kirovabada gəlişi şəhər milisinin əlindən dağlarda, meşələrdə gizlənən cinayətkar ələmin təmsilçilərini, o vaxtın lotularını da əl-qolunu açır və onlar üzə çıxmaqdan çəkinmirlər. İsrafil demək olar ki, onların himayəçisinə çevrilir. Deyilənə görə,...

  • 06.01.2016 00:00

    Oğruların dostu, milislərin düşməni, ulduzu oğurlanmış QƏHRƏMAN (FOTO-VİDEO)(1-ci hisse)

    Gəncədə bəlkə də ən çox onun haqqında rəvayətlər gəzir... Kimi onun dəli-doluluğundan, kimi cinayətkar ələmlə yaxınlığından, kimi də şəhər parkında qətlə yetirilməsindən danışır. O, Sovet İttifaqı Qəhrəman adına layiq görülmüş ilk azərbaycanlıdır. Həm də təkcə Azərbaycanda yox, İkinci Dünya...

  • 05.01.2016 21:47

    Vasif Talıbov generalın xidməti maşınını əlindən aldı

    Son gülər mətbuatda adı tez-tez hallanan, hətta həbs xəbəri yayılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev hərbi hissənin açılışına buraxılmayıb.Yanvarın 2-də Naxçıvanda yerləşən N saylı hərbi hissənin əsaslı təmirindən sonra təntənəli açılış mərasimi...

  • 05.01.2016 21:29

    İlham Əliyevdən Kəmaləddin Heydərova gömrük zərbəsi

    Dövlət Gömrük Komitəsində həyata keçirilən radikal dəyişikliklər nəticəsində artıq idxal monopoliyası aradan qaldırılb. Bu barədə rəsmi açıqlama hələ ki yoxdur və yəqin ki, heç olmayacaq da. İdxal monopoliyasının  ləğvi barədə rəsmi açıqlama hökumətə o qədər də sərf etmir - bu, rəsmi...

<< 3 | 4 | 5 | 6 | 7 >>

© 2015 Все права защищены.

Создать бесплатный сайтWebnode