Ermənistan Rusiyaya arxa çevirir

20.01.2016 23:29

Ermənistan Rusiyaya arxa çevirir"Ermənistanın bir nömrəli strateji müttəfiqi Rusiya deyil". 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu sözləri erməni iqtisadçı Artak Manukyan "İran üzərindən beynəlxalq sanksiyaların götülməsinin Cənubi Qafqaza iqtisadi və siyasi təsirinə" həsr edilən müzakirələrdə deyib. 

Manukyan bildirib ki, Ermənistanın bir nömrəli strateji müttəfiqi İrandır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişənin mövcudluğu şəraitində İran real status-kvonun saxlanılmasında maraqlı dövlətlərdən biridir. "İranın məqsədi Azərbaycana niyətlərini həyata keçirməsinə imkan verməməkdir", - deyə Manukyan bildirib. 

İqtisadçı həmçinin İranın neft bazarına daxil olması ilə bağlı məsələyə münasibət bildirib. "Neft qiymətlərinin endiyi bir vaxtda bu sferada oyunçular və investisiyalar azalır. İran isə neft bazarına çox əlverişsiz şəraitdə daxil olur. Çox ehtimal ki, bu Rusiya, ABŞ və Avropa Birliyinin münaqişəsinin nəticəsidir. Yəqin ki, İranın neft bazarına daxil olması Rusiya iqtisadiyyatına əlavə təzyiqlər yaradacaq", - deyən Manukyan əlavə edib ki, bəzi istiqamətlərdə İran və Rusiya bilavasitə bir-biri ilə rəqabət aparır.

İran və Ermənistan arasında münasibətlər çox yüksək səviyyədə inkişaf edir. Bir necə il əvvəl "WikiLeaks" saytının yayımladığı diplomatı sənədlərdə İran və Ermənistan münasibətlərinin göründüyündən daha dərin köklərə malik olduğu qeyd edilirdi. 

Ermənistan prezidenti Serj Sarkisyan əmindir ki, İran Avropaya təbii qaz ixrac etmək məqsədilə Şimal-Cənub enerji dəhlizini (İran-Ermənistan-Gürcüstan) çəkmək arzusundadır. Onun fikrincə, İran sözügedən enerji dəhlizinin perspektivini "ən yüksək prioritet" kimi görür və İranın bölgə ilə bağlı səylərinə bütövlükdə bu prizmadan yanaşılmalıdır. 

Hazırda İran üzərindən sanksiyaların gütürülməsi Ermənistana regionda enerji və nəqliyyat layihələrində iştirak etməyə imkan verir. Amma Azərbaycanın Çinlə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməsi Ermənistanı narahat etməyə başlayıb.

Elə bu səbəbdən də Sarkisyan hökuməti İran-Ermənistan dəmir yolunun çəkilməsini gündəmə gətirmişdi. Həmçinin Gürüstanın İranla qaz danışıqlarına başlaması Ermənistanın enerji layihələrində iştirak şansını artırırdı.

Hətta həmin vaxt İran-Emənistan-Gürcüstan qaz boru xəttinin çəkilməsi gündəmə gəlmişdi. Bu xətt vasitəsi ilə İran qazı hətta Avropaya ötürülə bilərdi. Amma danışıqların qızğın davam etdiyi bir vaxtda Ermənistan hakimiyəti qaz kəmərinin çəkilişi ilə bağlı heç bir açıqlama vermirdi. SOCAR rəhbərliyi Gürcüstana səfər etdikdən sonra Ermənistanın Energetika və Təbii resuslar naziri Yervand Zaxaryan açıqlama verdi ki, İran-Ermənistan-Gürcüstan qaz kəmərinin çəkilişi gündəmdə deyil.

Yəqin ki, Ermənistan İran qazının Gürcüstana ixracına qarşı çıxan Rusiyanın təzyiqi ilə susurdu. Çünki bununla Rusiya Gürcüstan bazarını itirə bilərdi. Gürcüstanın "Qazprom"la əməkdaşlığı tam təsdiqini tapdıqdan sonra Ermənistan hökuməti açıqlama verdi.

Baş verənlərdən aydın olur ki, Ermənistanın İranla əməkdaşlığına onun ən böyük müttəfiqlərindən biri Rusiya da isti münasibət göstərmir. Amma yəqin ki, Rusiya istəməsə belə onun gizli rəqibi olan İranla Ermənistan münasibətləri inkişaf edəcək.

Çünki iqtisadi cəhətdən zəyif olan Ermənistan İran üçün əsl gəlir mənbəyi və Avropaya yüklərin daşınmasında ucuz nəqliyyat dəhlizi olar. Amma Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi müddətə qədər Ermənistanın regional layihədə tam şəkildə iştirakı qeyri-mümkün görünür.

Ölkə.Az

Назад

Koнтакт

Голос Азербайджана (Azerbaycanin sesi)
Amerika -Vashinqton,Америка -Вашингтон

Новости

  • 10.01.2016 21:42

    Azərbaycana son 97 il erzinde kimlər rəhbərlik edib ve onlar hansi xalqin ve milletlerin numayendeleridir?

            Ilham Əliyev(2003-... )(ermeni ve yevrey metisi)Prezident1961-ci ildə Bakıda doğulub. Dövlət Neft Şirkətinin vitse-prezidenti, millət vəkili, Baş nazir olub.2003-cü ildə prezident seçkisinin qalibi elan edilib. Bu seçkinin saxtalaşdırıldığını deyən...

  • 10.01.2016 14:45

    BERXUDAR QARABAGLI: ELI KERIMLI NE UCUN MENIM SUALLARIMA CAVAB VERE BILMIR?

    2014-CU ILIN IYUL AYINDA AXCP-NIN LIDERI AFERIST VE ILHAMIN SHEXSI TULASI VE AGENTI ELI KERIMLIYE BU SUALLARI VERDIM VE CAVABLANDIRMASINI XAHISH ETDIM. ANCAQ  ARADAN  18  AYDAN COX KECMESINE BAXMAYARAQ MEN NECE DEFE ONUN YAXIN ADAMLARINADA BU BAREDE SOZ ACMISHAM VE ONLARDA BU SUALLAR...

  • 09.01.2016 22:00

    Военный эксперт: Путин ведет РФ к «холодной войне», но как вести саму войну — не знает

    Решая грошовые задачи по удовлетворению амбиций лидера, Россия влезла в конфликт, о котором она имела более чем смутные представления. Уже подсчитано, что Владимир Путин на пресс-конференции 11 раз произнес «не знаю».«Был ли интерес третьей стороны в том, чтобы Турция сбила...

  • 06.01.2016 16:31

    Azərbaycanın güllələnmiş daxili işlər naziri - Bir qətlin tarixçəsi

    1978-ci il iyunun 30-da respublikanın bütün qəzetlərində dərc edilən bir məlumat bütün ölkədə heyrətlə qarşılanmışdı. «Azərbaycan SSR Ali Sovetinin deputatı, respublika daxili işlər naziri general - leytenant Arif Nəzər oğlu Heydərov xidməti vəzifəsini yerinə yetirərkən faciəli surətdə həlak...

  • 06.01.2016 15:35

    Чёрный январь-Обстановка в районах-

    Чёрный январь (азерб. Qara Yanvar) или также Кровавый январь (азерб. Qanlı Yanvar) - подавление политической оппозиции подразделениямиСоветской Армии в ночь на 20 января 1990 года в столице Азербайджанской ССР - городе Баку,...

  • 06.01.2016 15:22

    Ввод советских войск в Баку в ночь с 19 на 20 января 1990 года

    События января 1990 года в Азербайджане стали следствием сложных геополитических процессов, происходивших в то время на территории СССР. В конце 1980-х годов дезинтеграционные процессы в СССР достигли своего апогея, что в немалой степени было обусловлено заметной активизацией национальных движений...

  • 06.01.2016 15:02

    Паскевич: «…Склонение большей части переселенцев, особенно беднейших идти в Карабах…»

    Нетрудно видеть, что одной из главных целей политики переселения армяниз Ирана являлась «христианизация», точнее, «арменизация» азербайджанских провинций России. Этой цели по-существу служил и проект сенаторов П. И.Кутайсова и Е. И.Мечникова, приехавших в начале 30-х годов XIX века в Закавказье для...

  • 06.01.2016 15:00

    Поиск виноватых.

     Для расследования случаев противоправных действий имевших место в Баку с 11 января 1990 г. было привлечено более 200 работников союзных и республиканских органов прокуратуры, КГБ и МВД. Вместе с тем Верховным Советом Азербайджанской ССР, а также различными организациями создано (как бы в...

  • 06.01.2016 14:56

    До спокойствия далеко.

    После ввода войск и установления относительного затишья, на первое место вышла проблема эвакуации русскоязычного населения из Азербайджана, прежде всего семей военнослужащих. Они попали под удар со стороны националистов после ввода войск в Баку для стабилизации обстановки. Только с 22 по 28 января...

  • 06.01.2016 14:50

    Операция по снятию блокады Бакинской бухты.

    Организованное выступление незаконных вооруженных формирований было повсеместно подавлено еще 20 января. Но отдельные очаги напряженности, несмотря на введенный комендантский час, расставленные почти на каждом перекрестке блокпосты и постоянно патрулировавшие улицы бронемашины все же...

<< 2 | 3 | 4 | 5 | 6 >>

© 2015 Все права защищены.

Создать бесплатный сайтWebnode