Azərbaycana son 97 il erzinde kimlər rəhbərlik edib ve onlar hansi xalqin ve milletlerin numayendeleridir?

10.01.2016 21:42


       
Ilham Əliyev(2003-... )(ermeni ve yevrey metisi)
Prezident
1961-ci ildə Bakıda doğulub. Dövlət Neft Şirkətinin vitse-prezidenti, millət vəkili, Baş nazir olub.

2003-cü ildə prezident seçkisinin qalibi elan edilib. Bu seçkinin saxtalaşdırıldığını deyən müxalifətin aksiyaları zorakılıqla dağıdılb.

2008-ci ildə yenidən prezident seçkisinin də qalibi elan edilib. Az sonra Konstitusiya dəyişdiriərək bir nəfərin 2 dəfədən çox prezident olmasına məhdudiyyət götürülüb. Bununla İ.Əliyevin istədiyi qədər prezident seçkilərində iştirakına yol açılıb və o, 2013-cü ildə 3-cü dəfə prezident seçkisinin qaibi elan edilib. İ.Əliyevin hakimiyyəti illərində Azərbaycana böyük neft pulları gəlib. Ancaq onun oponentləri bu pulların korrupsiyaya yem olduğunu deyirlər.

İ.Əliyevin 2 qızı və bir oğlu var.

       
Heydər Əliyev(1993-2003)(ermeni)
Prezident
Naxçıvanda Ali Sovetin sədri olan H.Əliyev prezident Ə.Elçibəyin dəvəti ilə 1993-cü ildə Bakıya dönüb, Ali Sovetin sədri seçilib.

Həmin ili sentiyabrında və 1998-ci ildə ikinci dəfə prezident seçilib. Onun hakimiyyəti dövründə Azərbaycanın 6 rayonu işğal edilib. Dünyanın böyük şirkətləri ilə enerji müqavilələri imzalanıb, ölkədə siyasi sabitlik bərpa edilib.

2003-cü ildə ABŞ-da vəfat edib. Vəfatından az öncə Konstitusiya dəyişdirilərək prezidentdən sonra ikinci şəxs parlamentin sədri yox, Baş nazir müəyyən edilib. H.Əliyevin təqdimatı ilə də onun oğlu İ.Əliyev Baş nazir təyin edilib. Beləliklə, H.Əliyevin xəstə olduğu və prezident seçkisi keçirildiyi dövrdə ölkəyə faktiki rəhbərliyi oğlu İ.Əliyev edib.

       
Əbülfəz Elçibəy (1992-1993)(kurd)
Prezident
1938-ci ildə Naxçıvanda doğulub. 1975-ci ildə univesitetdə müəllim olarkən millətçi və antisovet təbliğatı aparmaq ittihamı ilə həbs edilib. Bir il sonra azad edilib.

Milli azadlıq hərəkatının rəhbəri, AXC-nin sədri olub.  1992-ci ildə prezident seçilib.

Tərəfdarları onun hakimiyyətində ali məktəblərə qəbulda rüşvətin aradan qalxdığını, Qarabağda müharibədə irəliləyişlər olduğunu, Rusiya ordusunun Azərbaycandan çıxarıldığını, opponentləri isə onun səriştəsilikdən ölkədə xaos yaratdığını deyirlər.

1993-cü ildə orduda qiyama görə Bakını tərk edib, doğulduğu Kələlki kəndinə gedib.

1997-ci ildə Bakıya qayıdıb, AXCP sədri kimi fəaliyyət göstərib. 2000-ci ildə Türkiyədə ağır xəstəlikdən vəfat edib.

Bir oğlu, bir qızı var.

       
İsa Qəmbər (1992)(kurd)
Ali Sovetin sədri
1957-ci ildə Bakıda anadan olub. AXC-nin rəhbərlərindən olub. 1992-ci ilin mayında Ali Sovetin sədri seçilib, iyunun 17-ə qədər prezidentin səlahiyyətlərini icra edib.

1993-cü il 4 İyun qiyamından sonra istefa veib, parlamentin binasında həbc edilb. Bir neçə ay sonra azad olunub və Müsavat partiyasının başqanı kimi fəaliyyətini davam etdirib.

2003-ci ildə seçkidə przidentliyə namizəd olub. Özü səslərin 60%-ni, MSK isə 13%-ni aldığını iddia edir. İ.Əliyevin qalib elan edildiyi bu seçkidən sonra İ.Qəmbərin tərəfdarları seçkinin saxtalaşdırıldığını deyərək aksiyalara cəhd edib, amma hökumət bu etirazları zorakılıqla yatırıb. 2014-cü ildə Müsavat Partiyasına yeni sədr seçilib, İ.Qəmbər isə partiya funksioneri kimi fəaliyyətini davam etdirir.

İlk oğlu var.

       
Ayaz Mütəllibov (1992)(dag yehudisi)
Prezident
1992-ci ilin fevralında erməni qüvvələrinin Xocalıda törətikləri qırğın A.Mütəllibovun istefası iə nəticələndi, iyunun 7-ə yeni seçki təyin edildi. Ancaq mayın 13-14-də bir qrup tərəfdarı aksiyalar keçirərək onun yenidən hakimiyyətə qaytarılmasını tələb etdi. Xocalı faciəsini araşdıran deputat-istintaq komissiyasının rəy mayın 14-də parlamentdə müzakirə edildi. Rəydə  A.Mütəllibovun günahsız olduğu elan edildi və onun istefası qərarı ləğv edilərək o yenidən prezident kürsüsünə qaytarıldı. 

Lakin  ertəsi gün - mayın 15-də AXC-nin təzyiqi altında o, Moskvaya qaçdı.

A.Mütəllibov 2012-ci ildə siyasi fəaliyyətdən çəkildiyini elan etdi və keçmiş prezident status ilə Bakıya döndü.

       
Yaqub Məmmədov (1992)  (azeri turku)
Ali Sovetin sədri
1941-ci ildə Gədəbəydə anadan olub. 1992-ci il fevralın 28-də Ali Sovetin sədri seçilib. Buna qədər isə Azərbaycan Tibb Universitetinin rektoru olub. Ali Sovetin sədri seçiləndən bir həftə sonra prezident A.Mütəllibov istefaya göndərildiyindən o zamankı konstitusiya ilə Y.Məmmədov prezident vəzifələrinin icrasına başlayıb.

Onun prezident səlahiyyətlərini icra etməsi isə çox qısa çəkib. Cəmi 2 ay 13 gün sonra Azərbaycan Xalq Cəbhəsini təzyiqləri ilə o da hakimiyyətdən kənarlaşdırılıb.

       
Ayaz Mütəllibov (1990-1992)(dag yehudisi)
KP MK-nın Birinci Katibi, prezident
1938-ci ildə Bakıda doğulub. Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar faciəsindən sonra Azərbaycan KP MK-nın Birinci katibi təyin edilib. 1991-ci ildə SSRİ ərazisində prezidentlik inistitiutu təsis edildi və A.Mütəllibov da sentyabrda Azərbaycanın ilk prezident seçildi.

Amma müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsinin təzyiqlərinə tab gətirməyərək 1992-ci il martın 6-da istefaya getd.

A.Mütəllibovun siyasi proseslərə heç vaxt qarışmayan 2 oğlundan biri - Azad 2011-ci ildə vəfat edib. Kiçik oğlu Zaur isə bizneslə məşğuldur.

       
Əbdürəhman Vəzirov (1988-1990) (ana terefi ermeni)
KP MK-nın Birinci Katibi
1930-cu ildə doğulub, hazırda Moskvada yaşayır.

Azərbaycanda Birinci katib olana kimi SSRİ-nin Nepal və Pakıstanda səfiri olub.

1988-1990-cı illərdə Azərbaycan Kommunist Partiyası MK-nın Birinci katibi olub. Bu dövrdə Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlılar Ermənistandan kütləvi şəkildə qovulublar. 1990-cı ilin yanvarında sovet qoşunlarının Azərbaycanda yüzlərlə günahsız insanın qanını axıtmasından sonra Moskvaya qaçıb. Azərbaycanda haqqında cinayət işi qaldırılıb.

Bir oğlu var.

       
Kamran Bağırov (1982-1988)(ana terefi hamisi ermeni)
KP MK-nın Birinci Katibi
1933-cü ildə Şuşada doğulub. 1982-1988-ci illərdə Azərbaycan KP MK-nın Birinci katibi olub. Buna qədər isə Sumqayıtın rəhbəri olub.

Kreml Dağlıq Qrabağ münaqişəsinin qarşısını vaxtında almamaqda günahlandıraraq K.Bağırovla Ermənistan KP MK-nın Birinci katibi K.Dəmirçiyanı eyni gündə vəzifədən azad edib. 1988-ci ildə işdən çıxarıldıqdan sonra, o, bir müddət Azərbaycanda kiçik komitələrdən birinə rəhbər təyin edilib, 2000-ci ildə isə vəfat edib.

Xanımının Avstraliyaya oğlunun yanına köçdüyü bildirilir. Onların yeganə oğlanları, ixtisasca bioloq olan Teymur Bağırovun 2011-ci ildə  Avstraliyada göldə batdığı haqda məlumat var.

       
Heydər Əliyev (1969-1982)(ermeni)
KP MK-nın Birinci Katibi
1923-cü ildə Naxçıvanda doğulub. 1969-cu ildə Azərbaycan KP MK-nın Birinci katibi seçilib. Buna qədər DTK-nın rəhbəri olub.

1982-cidə Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib.

Tərəfdarları onun birinci hakimiyyəti zamanı Azərbaycanda iqtisadiyyatın inkişaf etdiyini, opponentləri isə ölkədə rüşvətxorluq və yerlibazlığın yayıldığını deyirlər.

1987-ci ildə H.Əliyev Moskvada işdən uzaqlaşdırıldı və 1990-cı ildə Naxçıvana döndü. Az sonra yenidən hakimiyyətə qayıtdı.

2003-cü ildə ABŞ-da vəfat edib.

Oğlu İ.Əliyev hazırda Azərbaycanın prezidentidir. Qızı Sevil Əliyeva isə Böyük Britaniyada yaşayır.

       
Vəli Axundov (1959 -1969)(azeri turku)
KP MK-nın Birinci Katibi
1916-cı ildə Saray kəndində doğulub. 1954-1958-ci illərdə Azərbaycanın Səhiyyə naziri olub, 1958-ci ildə Azərbaycan Nazirlər Sovetinin sədri, 1959-cu ildə Azərbaycan KP MK-nın Birinci katibi lub. Bu vəzifədən 1969-cu ildə uzaqlaşdırılıb. 

Sovet Azərbaycanında ilk dəfə Vəli Axundovun hakimiyyəti zamanı - 1967-ci ildə Novruz bayramı rəsmi şəkildə qeyd edilib. Bu işdə o vaxt MK-nın ideologiya katibi işləyən Şixəli Qurbanıvun müstəsina xidmətləri olub.

Hakimiyyətdən getdikdən sonra da V.Axundov Elmlər Akademiyasında və səhiyyə sahəsində çalışıb. 1986-cı ildə Bakıda vəfat edib.

Qızı Nigar xanım Azərbaycanın Rusiyadakı səfirliyində çalışır. Oğlu Oqtay isə bir müddət öncə vəfat edib.

       
İmam Mustafayev (1954-1959)(azeri turku)
KP MK-nın Birinci Katibi
1910-cu ildə Qaxda  anadan olub.

Birinci şəxs olana qədər Azərbaycan kənd təsərrüfatı naziri, Kommunist Partiyası Gəncə Komitəsinin 1-ci katibi vəzifələrində çalışıb. 1954-cü ildə Azərbaycan KP-nin Birinci katibi seçilib.

İmam Mustafayev 1959-cu ildə vəzifəsindən azad edilib. Səbəb kimi də Azərbaycan dilini rus dilindən üstün tutulması göstərilib. Xüsusilə o vaxt Ali Sovetin sədri, yazıçı Mirzə İbrahimovun Azərbaycan dilinin inkişafı ilə bağlı fəaliyyəti İ.Mustafayevin vəzifəsini itirməsi ilə nəticələnib. Bundan sonra o, elmi fəliyyətini davam etdirib.  1997-ci ildə Bakıda vəfat edib.

Həyatının son illərində Ağsaqqallar Şurasının sədri təkrar ictimai işlərə qayıdıb.

Akademikin ailə üzviləri haqda isə ictimayyətdə geniş bilgilər yoxdur.

       
Mir Teymur Yaqubov (1953-1954)(azeri turku)
KP MK-nın Birinci Katibi
1904-ci ildə Bakıda doğulub. 

O, 1-ci katib  postunda cəmi 10 ay oturub. 1953-cü il aprelin 6-da Mircəfər Bağırovun yerini tutub, 1954-cü il fevralın 12-də isə rəhbərlikdən kənarlaşdırılıb.

Bu posta qədər isə Azərbaycan Ali Sovetinin və Daxili İşlər üzrə Xalq Komisarları Sovetinin sədri olub.

O, 1954-57-ci illərdə Xaçmaz Konserv Zavodunun direktoru işləyib. 1970-ci ildə Bakıda da vəfat edib.

       
Mircəfər Bağırov (1933 -1953)(dag lezgisi)
KP MK-nın Birinci Katibi
1896-ci il-də Qubada doğulub. 1933-cü ildə Azərbaycan KP MK-nın rəhbəri seçilib, 20 il sonra - 1953-cü ildə bu işdən uzaqlaşdırılıb.

1955-ci ildə həbs edilərək haqqında ölüm hökmü çıxarılıb. Rəsmi məlumata görə güllələnib. Lakin beynəlxalq vəziyyətin mürəkkəbliyi nəzərə alınaraq hökmün icrasının 2 il təxirə salındığı barədə də məlumatlat var.

Cahangir və Cen adlı 2 oğlu olub. Böyük oğlu Cahangir İkinci Dünya müharibəsində təyyarəçi kimi vuruşub, 1943-cü ildə döyüşdə yanacağı qurtardığı üçün tarana gedib, təyyarəsini alman təyyarəsinə çırpıb.

Cen isə Moskvada professor olub. 1994-cü ildə Moskvada vəfat edib. Cenin Mircəfər ad;nda bir oğlu olub, həmin Mircəfər də 2005-ci ildə Hindistanda avtomobil qəzasında həlak olub.

       
Ruben Rubenov (1933)(ermeni)
KP MK-nın Birinci Katibi
Ruben Rubenov (Mkrtçyan) 1894-cü ildə Tblisidə doğulub. 1933-cü ildə 10 ay Azərbaycanda Kommunist Partiyasına rəhbərlik edib.

Hakimiyyətdən getdikdən 4 il sonra-1937-ci il sentyabrın 15-də həbs olunub. Terror aktları təşkil etməkdə və əks-inqilabi fəaliyyətdə ittiham olunub. Həmin il noyabrın 27-də haqqında ölüm hökmü çıxarılıb və Moskvadakı Donskoy qəbristanlığında güllələnib.

       
Vladimir Polonski (1930-1933)(yevrey)
KP MK-nın Birinci Katibi
1893-cü ildə Tümen vilayətinin Tobolski şəhərində doğulub. 1930-33-cü illərdə Azərbaycana rəhbərlik edib. 1937-ci ildə sovet repressiyası illərində həbs edilərək güllələnib. Onun Azərbaycanda hakimiyyətdə olduğu illər kolxozlaşma prosesi geniş vüsət alır.

Vladimir Polonskinin 2 uşağı olub. Liya və Vladimir.

       
Nikolay Gikalo (1929-1930)(xaxol)
KP MK-nın Birinci Katibi
1897-ci ildə Odesada doğulub. 1929-1930-cu illərdə ilin avqustuna qədər Azərbaycan KPMK-nın Birinci katibi vəzifələrində çalışıb. Azərbaycandan sonra Belarusda və Ukraynanın Xarkov vilayətində communist partiyasının Birinci katibi vəzifəsində çalışıb.

1937-ci il oktyabrın 11-də həbs edilib. 1938-ci ilin aprelində haqqında ölüm hökmü çıxarılaraq güllələnib.

Nikolay Gikalo Azərbaycan tarixində ən qəddar inqlabçı kimi tanınır. Onun hakimiyyətinin sonlarında kolxozlaşma prosesi start götürüb.

Gikalo da Azərbaycanda baş verən üsyanların amansızlıqla yatırılmasında iştirak edib. Məhz onun dövründə Şəki, Qax, Zaqatala, Balakən və Oğuzda Sovet hakimiyyətinə qarşı üsyanlar baş vermişdi.

       
Levon Mirzoyan (1926-1929)(ermeni digasi)
KP MK-nın Birinci Katibi
1887-ci ilin noyabrında Şuşada doğulub. Onun rəhbərliyi illərində Azərbaycanda rus dili dövlət idarələrində daha da güclənib. Azərbaycan latın qrafikalı əlifbaya 1923-cü ildə keçib. Ancaq ərəb əlifbası tam qadağan olunmamışdı. Ərəb əlifbası məhz Mirzoyanın hakimiyyəti dövründə - 1929-ci il yanvarın 1-də qadağan olundu və bu əlifba ilə yazılan kitablar kütləvi şəkildə yandırıldı...

L.Mirzoyan 1937-1938-ci illərdə Qazaxıstan Komunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi olub. 1939-ci il fevralın 26-da vəfat edib. Levon Mirzoyanın bir oğlu bir qızı olub. Xanımı Yuliya Tevosyan Qazaxıstanda Marksizim-Leninizim inistutunun direktoru olub. O da 1939-cu ilin əvvəllərində həbs edilib və həbsxanada güllələnib.

       
Ruhulla Axundov (1926)(azeri turku)
KP MK-nın Birinci Katibi

1897-ci il yanvarın 1-də Bakının Şüvəlan kəndində doğulub. 1926-cı ildə bir neçə aylıq Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində çalışıb. Bu vəzifədən kənarlaşdırıldıqdan sonra 1927-1930-cu illərdə Xalq Maarifi Komissarı işləyib.

1930-cu ildə isə ÜKP(b)-nin Zaqafqaziya vilayət komitəsinin katibi seçilib. 1937-ci il dekabrın 17-də anti-sovet təşkilatı yaratmaq ittihamı ilə həbs edilib. Bu ittihamla  1938-ci il aprelin 21-də güllələnib.

Ruhulla Axundovun Fərid və Aneliya adlı iki uşaqı olub. O, həbs olunanda Fəridin 14, Aneliyanın isə 3 yaşı vardı. 1937-ci il iyununda xanımı da həbs olunub və o 8 il həbsdə qalıb. Oğlu Fərid isə sonralar müharibədə həlak olur.
       
Sergey Kirov (1921-1926)(rus)
KP MK-nın Birinci Katibi
1886-cı ildə Rusiyada doğulub. İşğalçı XI-ci Qızıl Ordunun başında Azərbaycana gəlib. 1921-26-cı illərdə Azərbaycan Komunist Partiyasının Birinci katibi vəzifəsini tutub. 1934-cü ilin dekabrında Leninqrad Partiya Komitəsinin 1-ci katibi olarkən iclasa gedəndə qətlə yetirilib.  Bir çoxları həmin dövr Kirova Stalindən sonra SSRİ-nin gələcək rəhbəri kimi baxırdı.

Məhz Kirovun Azərbaycanda hakimiyyəti dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Xankəndinə də Stepan Şamiyanın şərəfinə Stepanakert adı qoyularaq vilayət paytaxtı statusu verilib.

Kirovun qeyri-qanuni doğulan qızı qvardiya kapitanı Yevgeniya İkinci dünya müharibəsi iştirakçısı və siyasi xadim olub.

       
Nəriman Nərimanov (1920-1922)(azeri turku)
Hökumət rəhbəri

1870-ci ildə Tbilisidə doğulub. AXC-ni qəbul etməyib, Rusiyaya köçüb. Cümhuriyyətin süqutundan Azərbaycanda qurulan bolşevik hakimiyyətinə rəhbərlik edib. 1920-22-ci illərdə Xalq Komissarlari sovetinin sədri olub. Ancaq 1921-ci ildən respublikanın faktiki rəhbəri KP MK-nın Məsul Katibi S.Kirov idi. 1922-ci ildə Moskvaya aparılan Nərimanov SSRİ Mərkəzi İcrayə Komutəsinin sədri seçilib. 1925-ci ildə isə müəmmalı şəkildə Moskvada vəfat edib.

Yeganə oğlu Nəcəf İkinci Dünya müharibəsində zabit kimi Stalinqrad döyüşlərində vuruşub. 1943-cü ildə döyüşlərin birində həlak olub.

       
Məmmədhəsən Hacınski (1920)(azeri turku)
Hökumət rəhbəri

1875-ci ildə Bakıda doğulub. 1920-ci ildə AXC-nin son günlərində bir aylıq AXC-də baş naziri olub. Müsavatın üzvü olub. Ancaq əvvəlcə bolşevikləri hökumətə dəvət edib. Ehtimallara görə bununla o, şimaldan yaxınlaşan Bolşevik ordusunun Bakıya hücumunu ləngitməyə və Qarabğda erməni separatçıları ilə döyüşən Azərbaycan ordusunun təcili paytaxta dönməsinə ümid edirdi.

Ancaq bolşeviklərdən rədd cavabı alan Hacınski aprelin 22-də Müsavatdan çıxdığını, bolşeviklərə qoşulduğunu elan edir. Azərbaycanın işğalından sonra müxtəlif orta səviyyəli vəzifələrdə işləyib. Sonradan həbs edilib və 1931-ci ildə Tbilisi həbsxanasında vəfat edib. İstintaq sənədlərinə görə, o, "özünü asmaqla" intihar etmişdi. Xanımı və uşaqları da sovet represiyasının qurbanı olub.

       
Nəsib bəy Yusifbəyli (1919-1920)(azeri turku)
Baş nazir

1881-ci ildə Gəncədə doğulub. Gəncədə Müsavata rəhbərlik edib və AXC-nin ikinci Baş naziri olub. Onun hakimiyyəti zamanı Azərbaycan ordusu Qarabağda erməni separatçılarının tərksilah edilməsində müstəsina xidmətlər göstərib.

1920-ci ildə Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra mühacirət üçün Bakını tərk edib. Lakin həmin il mayın 31-də Kürdəmir ərazisində müəmmalı şəkildə qətlə yetirilib.

Nəsib bəyin Niyazi adlı oğlu, Zəhra adlı qızı olub. Onlar anaları Şəfiqə xanımla birgə Türkiyədə mühacirət həyatı sürüblər. Niyazi atasının Kürdəmirdə qətlə yetirilməsinə görə Kürdəmirli təxəllüsünü götürüb. O, 1964-cü ildə Ankarada ürək tutmasından vəfat edib.

           
Fətəli xan Xoyski (1918-1919)(Sələfi: Cəfərqulu xan Xoyski. Milliyəti: Kürd, dünbüli tayfası

İlk Baş nazir)

1875-ci ildə Şəkidə doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)ilk Baş naziri və Daxili İşlər naziridir. 1918-1919-cu illərdə 3 dəfə hökumət qurub. Onun rəhbərliyi dövründə Azərbaycanda  hakimiyyət orqanlarının özülü qoyulub, Bakı işğalçılardan azad edilib.

Cümhuriyyətin süqutundan sonra ailəsi ilə Tbilisiyə gedən Xoyski 1920-ci ildə orada A.Yergenyan (Ermənistan Milli Qəhrəmanı) tərəfindən öldürülüb. Tbilisidə M.F.Axundovun yanında dəfn edilib.

Yeganə qızı Tamara Azərbaycan Hərbi-İnqilab Komitəsinin sədr müavini M.Hüseynovla evənib. 1937-ci ildə - Sovet repressiyası zamanı onların hər ikisi həbs edilib. Əri güllələnib, Tamar xanım isə 1955-ci ildə bəraət alıb. O, da 1990-ci ildə Bakıda vəfat edib.

Назад

Koнтакт

Голос Азербайджана (Azerbaycanin sesi)
Amerika -Vashinqton,Америка -Вашингтон

Новости

1 | 2 | 3 | 4 | 5 >>

© 2015 Все права защищены.

Создать бесплатный сайтWebnode