Ermənistan Rusiyaya arxa çevirir

20.01.2016 23:29

Ermənistan Rusiyaya arxa çevirir"Ermənistanın bir nömrəli strateji müttəfiqi Rusiya deyil". 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu sözləri erməni iqtisadçı Artak Manukyan "İran üzərindən beynəlxalq sanksiyaların götülməsinin Cənubi Qafqaza iqtisadi və siyasi təsirinə" həsr edilən müzakirələrdə deyib. 

Manukyan bildirib ki, Ermənistanın bir nömrəli strateji müttəfiqi İrandır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişənin mövcudluğu şəraitində İran real status-kvonun saxlanılmasında maraqlı dövlətlərdən biridir. "İranın məqsədi Azərbaycana niyətlərini həyata keçirməsinə imkan verməməkdir", - deyə Manukyan bildirib. 

İqtisadçı həmçinin İranın neft bazarına daxil olması ilə bağlı məsələyə münasibət bildirib. "Neft qiymətlərinin endiyi bir vaxtda bu sferada oyunçular və investisiyalar azalır. İran isə neft bazarına çox əlverişsiz şəraitdə daxil olur. Çox ehtimal ki, bu Rusiya, ABŞ və Avropa Birliyinin münaqişəsinin nəticəsidir. Yəqin ki, İranın neft bazarına daxil olması Rusiya iqtisadiyyatına əlavə təzyiqlər yaradacaq", - deyən Manukyan əlavə edib ki, bəzi istiqamətlərdə İran və Rusiya bilavasitə bir-biri ilə rəqabət aparır.

İran və Ermənistan arasında münasibətlər çox yüksək səviyyədə inkişaf edir. Bir necə il əvvəl "WikiLeaks" saytının yayımladığı diplomatı sənədlərdə İran və Ermənistan münasibətlərinin göründüyündən daha dərin köklərə malik olduğu qeyd edilirdi. 

Ermənistan prezidenti Serj Sarkisyan əmindir ki, İran Avropaya təbii qaz ixrac etmək məqsədilə Şimal-Cənub enerji dəhlizini (İran-Ermənistan-Gürcüstan) çəkmək arzusundadır. Onun fikrincə, İran sözügedən enerji dəhlizinin perspektivini "ən yüksək prioritet" kimi görür və İranın bölgə ilə bağlı səylərinə bütövlükdə bu prizmadan yanaşılmalıdır. 

Hazırda İran üzərindən sanksiyaların gütürülməsi Ermənistana regionda enerji və nəqliyyat layihələrində iştirak etməyə imkan verir. Amma Azərbaycanın Çinlə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməsi Ermənistanı narahat etməyə başlayıb.

Elə bu səbəbdən də Sarkisyan hökuməti İran-Ermənistan dəmir yolunun çəkilməsini gündəmə gətirmişdi. Həmçinin Gürüstanın İranla qaz danışıqlarına başlaması Ermənistanın enerji layihələrində iştirak şansını artırırdı.

Hətta həmin vaxt İran-Emənistan-Gürcüstan qaz boru xəttinin çəkilməsi gündəmə gəlmişdi. Bu xətt vasitəsi ilə İran qazı hətta Avropaya ötürülə bilərdi. Amma danışıqların qızğın davam etdiyi bir vaxtda Ermənistan hakimiyəti qaz kəmərinin çəkilişi ilə bağlı heç bir açıqlama vermirdi. SOCAR rəhbərliyi Gürcüstana səfər etdikdən sonra Ermənistanın Energetika və Təbii resuslar naziri Yervand Zaxaryan açıqlama verdi ki, İran-Ermənistan-Gürcüstan qaz kəmərinin çəkilişi gündəmdə deyil.

Yəqin ki, Ermənistan İran qazının Gürcüstana ixracına qarşı çıxan Rusiyanın təzyiqi ilə susurdu. Çünki bununla Rusiya Gürcüstan bazarını itirə bilərdi. Gürcüstanın "Qazprom"la əməkdaşlığı tam təsdiqini tapdıqdan sonra Ermənistan hökuməti açıqlama verdi.

Baş verənlərdən aydın olur ki, Ermənistanın İranla əməkdaşlığına onun ən böyük müttəfiqlərindən biri Rusiya da isti münasibət göstərmir. Amma yəqin ki, Rusiya istəməsə belə onun gizli rəqibi olan İranla Ermənistan münasibətləri inkişaf edəcək.

Çünki iqtisadi cəhətdən zəyif olan Ermənistan İran üçün əsl gəlir mənbəyi və Avropaya yüklərin daşınmasında ucuz nəqliyyat dəhlizi olar. Amma Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi müddətə qədər Ermənistanın regional layihədə tam şəkildə iştirakı qeyri-mümkün görünür.

Ölkə.Az

Назад

Koнтакт

Голос Азербайджана (Azerbaycanin sesi)
Amerika -Vashinqton,Америка -Вашингтон

Новости

  • 15.01.2016 14:47

    КЛАН АЛИЕВЫХ ОСУЩЕСТВЛЯЛ И ОСУЩЕСТВЛЯЕТ В СВОЕЙ ВОТЧИНЕ ОДНУ ИЗ РАЗНОВИДНОСТЕЙ ФАШИЗМА(1-часть)

    Спасибо автору  за то, что он вновь напомнил общественности, читающей публике, о том, что за «тайны мадридского двора» окружают само происхождение отца нынешнего президента Азербайджана Ильхама Алиева - Гейдара Алирза оглы, бывшего генерала КГБ СССР и бывшего 1-го секретаря ЦК Компартии...

  • 13.01.2016 23:33

    Cəbrayıl rayonunun tarixi keçmişi haqqında -FOTOLAR

    1993-cü il avqustun 23-dən həsrətini çəkdiyimiz rayonlardan biri də Cəbrayıldır. Ərazisi 105 min hektardır. Bu torpaq onlarla tarixi abidənin məskəninə çevrilib. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli aşıq-ozan sənətimizin...

  • 13.01.2016 22:43

    Abdullayev və Kaladze razılığa gələ bilmədi

    "Gürcüstan qaza olan tələbatını yalnız Azərbaycan mavi yanacağı ilə ödəyə bilmir. Çünki SOCAR-ın lazımi qədər qaz ehtiyatı yoxdur. SOCAR bu il Gürcüstanın təbii qaza olan tələbatını ödəyə bilməyəcək."Karabakhmedia.az-ın məlumatına görə, bu sözləri Gürcüstanın Energetika naziri Kaxa Kaladze deyib....

  • 13.01.2016 22:41

    Ərdoğan və Putin Qarabağ üçün döyüşəcək

    2016-cı ildə Rusiya və Türkiyə Qafqazda təsirini artırmaq üçün mübarizə aparacaq. Onlar əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə təsir etməyə çalışacaqlar". Karabakhmedia.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Stratfor analitik mərkəzinin 2016-cı il üçün siyasi...

  • 13.01.2016 18:02

    Eldar Mahmudovun adamları səhmləri qaytardı, Misir Mərdanovun xalası oğlu banka ortaq oldu

    "Texnikabank" ASC-nin səhmdarlarının strukturunda dəyişikliklər baş veribBankdan "APA-Economics"ə verilən məlumata görə, ən iri səhmdar 87,06%-lik paya sahib olan Əliyev Etibar Mahmud oğludur. Bankın digər səhmdarları 4,9%-lik paya sahib olan Dəmirov Allahverdi Huseyn oğlu və 8,04%-lik paya sahib...

  • 13.01.2016 18:01

    Ankaraya növbəti zərbə - Türkiyəni kimlər nokauta salmaq istəyir?

    Türkiyə iqtisadiyyatında əhəmiyyətli paya sahib olan turizm sektoru təlatümlü dövrə qədəm qoya bilər Rusiya ilə yaranan təyyarə böhranından sonra yanvarın 12-də İstanbulda törədilən terror aktı qardaş ölkənin büdcəsini xeyli vəsaitdən məhrum edə bilər.Demokratiya.info - nun məlumatına görə,...

  • 13.01.2016 17:56

    Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı Bakıya gəlir

    Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Məhəmməd Zakaullah yanvarın 14-də Azərbaycana səfərə gələcəkBu barədə "Report"a diplomatik mənbələrdən məlumat verilib.Səfəri zamanı M.Zakaullah Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Yavər Camalov,...

  • 13.01.2016 01:44

    "Как пополнить бюджет страны и выйти из кризиса с минимальными потерями?"

    Он предложил продать все памятники Г.Алиева в стране его апологетам из ЙАП, министрам и депутатам ММ.Я хотел бы сделать лишь маленькую добавку и призвать президента открыть небольшой заводик на свою президентсткую зарплату по штамповке гипсовых бюстов УО(улу ондер) в натуральную величину, чтобы...

  • 12.01.2016 22:35

    Hacı İbrahim Nehrəmlinin dələduzluğu sahibkarı ölkədən didərgin salıb

    ""Avesta" Konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin dələduzluğundan ölkəni tərk etmək məcburiyyətində qaldım"Bu gün ölkəmizin paytaxtında inşa olunan yaşayış binalarında satışa çıxarılan mənzillər ətrafında yaşanan müxtəlif qalmaqallarla artıq heç kəsi təəccübləndirmək olmaz. Belə mənzillərin...

  • 12.01.2016 13:19

    ВВС США уничтожили банк ИГ, сожжены десятки миллионов долларов наличными

    Американские ВВС нанесли авиаудар по зданию банка в иракском городе Мосул, который находится под контролем террористической группировки "Исламское государство". В результате бомбардировки были уничтожены десятки миллионов долларов.Как сообщают официальные американские источники, цель этой операции...

<< 1 | 2 | 3 | 4 | 5 >>

© 2015 Все права защищены.

Создать бесплатный сайтWebnode