Vasif Talıbov generalın xidməti maşınını əlindən aldı

05.01.2016 21:47

Son gülər mətbuatda adı tez-tez hallanan, hətta həbs xəbəri yayılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev hərbi hissənin açılışına buraxılmayıb.

Yanvarın 2-də Naxçıvanda yerləşən N saylı hərbi hissənin əsaslı təmirindən sonra təntənəli açılış mərasimi olub. Açılışı Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov edib. Kərəm Mustafayev isə mərasimə buraxılmayıb. Məlum olub ki, Mustafayev hələ vəzifəsində saxlanılsa da, əslində bütün səlahiyyətləri dondurulub. Hətta ona bu yaxınlarda verilən bahalı BMW markalı avtomobili də əlindən alınaraq, Müdafiə Nazirliyinə təhvil verilib.

Bildirilir ki, artıq bir aya yaxındır ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu yoxlanılır və ciddi qanun pozuntuları aşkarlanıb. Mustafayev barədə rəsmi qərarın verilməməsi isə yoxlamala işlərinin tam yekunlaşmamasıyla bağlıdır.


Qeyd edək ki, general ətrafında müəmmalı olaylar bir müddətdir ki, başlayıb. Dekabrın sonlarında K.Mustafayevin saxlanılması xəbərinin ardından onun qardaşı Nemət Mustafayevin də həbsi xəbəri yayılıb.

Eyni zamanda Kərəm Mustafayevin həyat yoldaşı İlhamə Mustafayevanın da problemlərlə üz-üzə qalması barədə məlumatlar dolaşır. Bildirilir ki, İ.Mustafayeva 1 noyabr parlament seçkilərində 45 saylı Seçki Dairəsindən Naxçıvan MR Ali Məclisinə deputat seçilsə də, onun deputatlıq fəaliyyətinin ömrü qısa olub. K.Mustafayevin ətrafında gizli həbslər həyata keçiriləndən sonra İ.Mustafayevanın Ali Məclisə buraxılmadığına yasaq qoyulub.

Bir neçə gün əvvəl isə Kərəm Mustafayevin maliyyə xidməti rəisi polkovnik Elşad Rzayev tutulub. E.Rzayev K.Mustafayevin ən inanılmış adamlarından biri olub, məlumata görə, uzun illər maliyyə xidmətinə rəhbərlik edib. Digər məlumata görə, polkovnik E.Rzayevin həbsindən sonra Əlahiddə Ümumqoşun Ordusunun daha bir yüksək rütbəli zabiti Əli Əsədov vəzifəsindən və ordudan uzaqlaşdırılıb. Ə.Əsədov da Kərəm Mustafayevə yaxın zabitlərdəndir. Rəsmi vəzifəsi poliqon rəisi olsa da, məlumata görə, o, Əlahiddə Ordunun tikinti-quraşdırma işlərinə nəzarət edən şəxslərdən biri olub. (AzNews.az)R.S.Berxudar Qarabagli:Butun bu oyunlar hoqqalar hamisi ermeni digasi Ilham terefinden verilen mexvi emrlerdir.Cunki bunlar haqmisi ona giore edilirki Kerem Mustafayev eslen azerbaycanlidir ve bu yolla ona bu tesirler edilecekki,o adam tamamile pisikksinm ve erizeni yazib ishden cixsin.Kerem Mustafayevin yerine ise ya kurd yadaki bir ermenini qoyacaqlar.Naxcivanda hec bir guc nazirliklerinde bir denede olsa azerbaycanli gfeneral qalmamalidir.Cunki azerbaycanda olanlaqri ermeni digasi Ilham ozu gizlice cixarir ve ya hebs edir.Sonrada qeleme tupurub ermeni, kurd yadaki yezid polkovniklerine general rutbesi vererek hemin  vezifeye teyin edecekdir.Ancaq butun xalq ise helede yatacaqdir ve oyananda goreceklerki hec bir guc nazirlikleri ve xidmetlerinde bir denede olsun azerbaycanli polkovnikleride qalmayibdir.

Назад

Koнтакт

Голос Азербайджана (Azerbaycanin sesi)
Amerika -Vashinqton,Америка -Вашингтон

Новости

1 | 2 | 3 | 4 | 5 >>

© 2015 Все права защищены.

Создать бесплатный сайтWebnode