18 Mart 2001.Yazar : Sevda Sultan. 525- ci qəzet vasitəsilə---7- ci məktub.

19.01.2016 15:07

Üzümdən göz yaşımı silməkdənsə, bir əlac et ki, ürəyimdən qan axmasın"...Rövşənin dəftərcəsindən.
Mart hadisələri ilə baglı Rövşən Cavadova cəmiyyətdə birmənali münasibət bəslənilmir. Dogmaları Rövşənin dövlət cevrilişinə cəht etməsini nəinki inkar edir, hətta bunu cəfəngiyyat adlandırırlar. Əleyhidarları bunu hansısa arqumentlərlə təsdiqləməyə calışırlar. Ücüncü obyektiv tərəfinsə qarışıqlıqda səsi eş...idilmir. Yəqin ki, onların sükutunu anlamaq olar.
Rövşən dogurdanmı dövlət cevrilişinə cəhd edib? Əyər belə bir cəht olubsa, bəs səbəb nə idi? O, başqa cür hərəkət edə bilərdimi? Bəlkə, hər şey ondan başladı ki, müharibə qəhrəmanları atəşkəsdən sonra zorən ictimai, sosial mutanta cevrildi və Kafkanın " Cevrilməsi" qədər dəhşətli olan deqradasiyanın faciəli sonlugu qacılmaz idi. Müharibənin xofundan, dəhşətindən xəbərsiz bir qrup, onların üzünə qapıları cırpdılar. Laqeydlik buzuyla üzləşən fiziki, psixoloji zərbələr alan döyüşcülərə mənəvi dəyərlərin hecləşdiyi yarımcıq məmləkətdə hər addımbaşı gərəksizlıklərini  diqtə etdilər. Məhz bu incə nüansdan yan ötmək olmaz ki, onsuzda hər mənada sifəti itirilən cəmiyyətdə o vaxt yeni problemlə- Vyetnam sindromuyla üz- üzə qaldı. Xaotik cəmiyyətə uygunlaşa bilməyən XTPD- nin bəzi üzvlərinin törətdiyi cinayətlərin arsenalı genişlənirdi və bəzi qüvvələr bunu nəyin bahasına olursa olsun Rövşənin adına baglamaga calışırdılar. Cəmiyyət onların yolunda tərəddüdsüz filansız ölümə gedənləri anlamaq isdəmədi və qısa zaman kəsiyində Sindromun qarşısı qanla alındı. Əyər, Rövşənin dövlət cevrilişinə cəht etməsi həqiqətdirsə, tarixin ona təklif etdiyi ekstremal vəziyyətdə onun alternativ variant secməsi mümkün idimi? Bəlkə, dövlət cevrilişinə ona görə cəht etdi ki, sadəcə Rövşənin başqa başqa rasional yolla getməyə səbri, hövsələsi catmadı? Bəlkə, cəmiyyətdə baş alıb gedən mənəvi cürüntülər, ədalətsizliklər idi onu buna sövq edən? Axı səbəbsiz hecnə baş vermir. Ola bilsin hardasa onu idarə edən agıldan clx, emosiya, qəzəb oldu.Cünki, insanın öz ömrünü istədiyi şəkildə kodlaşdırması mümkünsüzdür və həmişə hər şey yalnız bizim iradəmizdən asılı olmur. Gözlənilməz vəziyyətdə agıl yerini emosiyalara verir. Əgər o, dövlət cevrilişi etməmişdisə niyə öldürüldü? Bəlkə, ona görə ki, Rövşən Cavadov real qüvvə idi, yetərincə nüfuza malik idi və o kimlər ücünsə artıq, arzuolunmaz yükə cevrilirdi? Bu suallara dəqiq cavab vermək cətindi və son illərin dolaşıq hadisələrinin kontekstində Rövşən haqqında bəlkələrlə danışmaq lazım gəlir....

Назад

Koнтакт

Голос Азербайджана (Azerbaycanin sesi)
Amerika -Vashinqton,Америка -Вашингтон

Новости

1 | 2 | 3 | 4 | 5 >>

© 2015 Все права защищены.

Создать бесплатный сайтWebnode