13 MART 2001-ci il.Yazar SEVDA SULTANOVA.525- ci qəzet vasitəsi ilə,POLKOVNİKƏ HEC KƏS YAZMIR.

16.01.2016 14:28

BİRİNCİ MƏKTUB.
ÖZ YAXAMI YANA CƏKİB DEMİRƏM Kİ, MƏN YOXAM! DÜZLÜYÜMDƏ DAYANMİŞAM DÜŞMƏN ÜCÜN BİR OXAM! Rövşənin dəftərcəsindən....
Rövşən Cavadov zəmanə qəhrəmanıydı. Zamanın diqtəsindən dogan, zəmanə qəhrəmanı. Hərcənd onunla Pecorin arasında hansısa paralellər aparmaq yerinə düşməzdi, cünki Rövşən Cavadov komplekslərlə böyüyən və bu səbəbdən də adamları sarkazm obyektinə cevirən Pecorinin əksiydi. Pecorinin şəxsiyyətində hər şey üzdəydi. Üzdə olan şeylərsə adətən maraqsız olur. Rövşən Cavadov daha cox qapalı adamıydı, onda görünən tərəflərlə yanaşı görünməyən tərəflər də vardı. Zəmanə qəhrəmanlarını birləşdirən əsasən iki məqamdı; ötkəmlik və barışmazlıq!
Amma, bu birləşdirici xüsusiyyətlərdən də fərqli başqalarının ümidlərini qırmaga söykənən barışmazlıgı lokal xarakter daşıyirdi.
Uşaqlıqdan öz ədalətinin, həqiqətinin təntənəsinə nail ola bilməyən və sonradan rəvanş götürən Pecorindən fərqli olaraq, RÖVŞƏN CAVADOV hələ kicik yaşlarında öz mənini təsdiq etməyə alışmışdır. Yəqin coxları etiraf edər ki, onda liderə xas hər şey xeyirxahliq, sərtlik və s. Rövşəni maraqlı edən həmdə onun kübarlıgı, sifətinin nəcib cizgiləri idi. Məhz bu xüsusiyyətləri Rövşəni coxlarının qəlbini fəth etməyə asanlıqla yol acirdi. Bu mənada Rövşən Cavadovu onun kumiri, bütöv bir nəslin idealına cevrilmiş Ge Gevarayla müqayisə etmək daha cox yerinə düşərdi.Ge Gevara da həkim idi, hərbici idi. Amma, Ge Gevara kimi Rövşən Cavadovunda mübarizəsi hardasa Don Kixotun yel dəyirmanıyla mənasız mübarizəsını xatirladırdı.( Hətta, Ge etiraf edirdi ki," Mən özümü Don Kixot sayiram və budu Rosinanı məhmizləyib yenə yola cıxıram.)
Ge Gevara Fidel Kastroyla münasibətləri soyuqlaşdıgına görə istehva verdi və Boliviyaya partizan hərəkatina başlamaq ücün getdi. Rövşən Cavadov isə istefaya göndərildi. Ge Gevara inandıgı adamlar tərəfindən satılıb mühasirəyə alındı və onun müəmmalı ölümü haqqında indiyə kimi də müxtəlif ehtimallar mövcuddur. Rövşən Cavadov da təxminən bu şəkıldə öldürüldü və onun da necə hansı şəraitdə ölməsi müəyyən müəmmalara bürünüb. İnandıgı " dosdları" Rövşəni güdaza verdi. Ona sadiq qalan dosdları isə indi qəbirdə, qürbətdə və həbsxanadadır.
Rəqiblərinin və düşmənlərinin gözləmədiyi halda Ge Gevara ölümündən sonra əfsanəyə cevrildi. RÖVŞƏN CAVADOV- unda ölümündən sonra pərəstişkarları azalmadı, əksinə RÖVŞƏNİN ölümü onun mifləşməsinə təkan verdi. Özü getdi mifi qaldı.


Назад

Koнтакт

Голос Азербайджана (Azerbaycanin sesi)
Amerika -Vashinqton,Америка -Вашингтон

Новости

1 | 2 | 3 | 4 | 5 >>

© 2015 Все права защищены.

Создать бесплатный сайтWebnode